1
Yorum
2
Beğeni
5,0
Puan
811
Okunma
Bir həyat tablosu
gözümə taxılı.
Bulanıq boyalar
üstünə yaxılı.
Hər soru bir cizgi,
hər cizgi bir soru.
Doğrular yamyaşıl,
yalanlar sapsarı
Arxada uzaqlar
bozumtul fon verir.
Qaramtıl duyğular
ağlıma yön verir.
Qarışıq xətləri-
gileylər güzarlar,
Yapraksız ağaclar,
topraksız məzarlar.
Şaftalı rənginə
açılan sabahlar,
Mavidən o yana
qımışan günahlar.
Bir burum göy duman-
babamın ocağı,
Köz kimi işartı-
anamın qucağı
Sonu yox əvvəli
nə qanır varlığım,
Usanmış ruhuma
qapanır varlğım.
Ya həyat,ya ölüm,
ortada veyiləm,
Nöqtəyəm uzaqda...
Mən adam deyiləm.
*
5.0
100% (3)