1
Yorum
3
Beğeni
5,0
Puan
975
Okunma
(" ölümə oxuduğum nəğmələr"
dən)
Böyrümdə,başımd a çox
dolanırsan,
Pusursan yolumu xəlvətə salıb.
Bəzən ürəyimin sancılarında
Qapımı döyürsən içimə dalıb.
Gəzirsən dalımca qarabaqara,
Boynumda nəfəsin alışıb yanır.
Sənin şakərindi mənim taleyim,
Öldürmək həvəsin alışıb yanır.
Yerini,yurdunu arasan,sorsan,
Deyirlər " qaş ilə göz" arasında.
Qumaşa,ətlasa sığmayan canı
Alırsan beş arşın bez arasında.
Səninlə qorxudur güclü zəifi,
Nahaqdan ya haqdan cəza
olursan.
Yatana yetməyib,yetənə
yetib,
Qədərə,qismətə qəza olursan.
Zəhmin nə ağırmış əcəl
donunda,
Hüsnün sıfatlarda sarıya çalır.
Elə ki,oturdun şahlıq taxtına,
Al əlvan nə varsa,qaraya çalır.
Yüz cənnət vəd etsə
Yaradan,əsla,
Ömrün bir anının hənəsi deyil.
Ən mükəmməlisən ayrılıqların,
Sən varkən bir kimsə dönəsi
deyil...
Sənə nifrətim var bilsən nə
qədər,
Sən məni sındırdın,sən məni
əydin.
Bu dünya,yaşamaq öylə gözəl
ki...
Keşgə həyat nədir sən də
biləydin.
Keşgə seyr edəydin günəş
doğanı,
Yaşıl yapraqların şehi olaydın.
Gəlinlər qaxmamış öz
yatağından,
Sabahın səpsərin mehi olaydın.
Aylı gecələrin səssizliyinə
Gözünü yumaydın sən də
mənim tək.
Asıb yuxuları kipriklərindən,
Şəfalar umaydın sən də mənim
tək.
Zulmat gecələrin atəşböcəyi-
İstisiz,alovsuz keşgə
yanaydın.
Dönüb məhəbbətin xülyalarına
Bir qızın gönlündə
alovlanaydın...
Qara çadırların hüznündən
çıxıb
Bəyaz çadırlarda büsat
olsaydın.
Zamanı çevirib əbədiyyətə
Keşgə ölüm deyil həyat
olsaydın!
*
5.0
100% (3)