1
Yorum
2
Beğeni
5,0
Puan
2033
Okunma

Macardan uyğura ,çuvaş saxaya
Səsimə səs verin ,Turan ellərim
Atilla ,Babəkdən,Gürşad ,Kağana
Səsimə səs verin ,Turan ellərim
Qazağım,özbəyim,qırğız,tatarım
Qaqauz,başqırdım,tabasaranım,
Kumık ,noqay,kərkük –təkə türkmanım
Səsimə səs verin ,Turan ellərim
Irəvan,Borçalı,Dərbənddir dağım
Dərələzim ,Göycəm ,Təbrizim ,Ağrım
Həmədan ,Urmudan “Urfa” bağırım
Səsimə səs verin,Turan ellərim
Hatay,Trabzondan baxam Mərəndə
Bir salam söyləyəm Vana dönəndə
İstanbul ,İzmirdən Qarsa ərəndə
Səsimə səs verin ,Turan ellərim
Qazağım ,Astaram,Gəncə,Yevlağım
Zaqatala,Quba,Şəki oylağım
Qarabağ ,Kəlbəcər,Şuşa yaylağım
Səsimə səs verin ,Turan ellərim
Ankaradan duram ,Krıma baxam
Orxon –Yeniseydən tarixə axam
Bakı ,Ufa,Kazan,Culfa ,Naxçıvan
Səsimə səs verin ,Turan ellərim
Saraktaş ,Sakmara ,Yaik ,Uralım
Kurqan ,Buquruslan ,Kuşkula varım
Kumer taularım,can Çeboksarım
Səsimə səs verin ,Turan ellərim
Şəmsi Təbriziyəm ,Əmrə ,Nəsimi
Şumer tariximdir,ruhum Nəimi
Atatürkdən soram Məmməd Əmini
Səsimə səs verin ,Turan ellərim
Zərdüştdən İnsanlıq Xeyir davası
Dədəm Qorqudumdan qopuz havası
Ağsaqqal öyüdü,xeyir duası
Səsimə səs verin ,Turan ellərim
Təbrizdə aşıqdır,Türkdə ozandır
Noqayda dombra ,Göy Oğuzdandır
Səlcuqdan Fatehə xandır ,kağandır
Səsimə səs verin ,Turan ellərim
Muğamım Mütləqdə Haqqın səsidir
Insanı var edən ruh nəfəsidir
Şərqin ruhundakı dörd kəlməsidir
Səsimə səs verin ,Turan ellərim
Ege ,Xəzər ,İtil ,Bejbulak,Ural
Sibir,Altay,Amur,Sırdərya,Aral
Kuban,Terek,Fərat,Araz ,Poylu yal
Səsimə səs verin ,Turan ellərim
Əzəli ,əbədi Mütləq İnamlı
İnamı xeyirə ,..İnsan məallı
Türk oğlu türk ruhlu özü olmalı!!!
Səsimə səs verin ,Turan ellərim
Elli Atayurd
5.0
100% (1)