0
Yorum
1
Beğeni
5,0
Puan
1666
Okunma

Ey konül,gəl yenə güzar eyləyək
Ürəklər dağlayan əsir ellərə
Xaraba yolları ,viran bağları
Yağı tapdağında həsrət bizlərə
Vətən dağlarından duman enməyir
Yurd dərdi sinəmdə durub ,dinməyir
Sevgidən yazmağa qələm dönməyir
Od,alov heyrətdə yanan dillərə
Şehli çəmənlərdə bənövşə,nərgiz
Aşılmaz qönçədə yandılar narsız
Qızılgüllər ağlar sevdasız yalqız
Gülüstanlar döndü səhra ,çöllərə
Həzin bulaqqların, haraylı seli
Nəğməli çayların,o dəli yeli
Sıldırım qayada tək bitən gülü
Min sevda saxlayır nar könüllərə
Ildırım,şimşəklər sönüb,çaxmayır
Yağışlar yağmurlar donub,yağmayır
Sazım ,tar,kamanım sınıb,çalmayır
Ellinin harayı qalxar göylərə
5.0
100% (1)