5
Yorum
5
Beğeni
5,0
Puan
1896
Okunma

Oğluma nəsihət
Naşı yaxın görər uzağı görməz
Müdrikin sözünü unutma ,oğlum
Bu günü yaşayan sabahı bilməz
Bu günə özünü tanıtma, oğlum
Sabahı hədəf tut ,bu gün bitəcək
Sabahda bir sabah sona yetəcək
Ölümlü...ölümdə ölüb itəcək
Haytalı şöhrətə can atma ,oğlum
Dünyanın əyrisin ,düzünü gördüm
Yalan ,yaltağının üzünü gördüm
Satqının ,alçağın yüzünü gördüm
Doğrunu Yalana alçaltma ,oğlum
Ədaləti yaşat ,həmşə ol adil
Haqqı uca saxla ,Haqq ilə ol dil
Tarixini öyrən kimliyini bil
Keçmişin sənindir ,yan atma,oğlum
Özünlə döyüşüb,özünü yarat
Özündən azad ol öz Özünə çat
Şəri Xeyir ilə...diz çökdür,ağlat
Adamlar gölündə gəl batma,oğlum
İşində, evində .hər addımında
Dost aşna arası,...yadlar yanında
Heç zaman unutma ,saxla yadında
Halalla haramı bax qatma ,oğlum
Əzəlıdən yapış,Ötəri olma
Əbədi –Daimi,...Keçəri qalma
Sonsuza yetiş ki ,bir daha solma
Kamili Çahillə bir tutma,oğlum
Boğulur adamlar Həyat gölündə
Sərgərdan dolaşır səhra .çölündə
İnsanlıq yaşadırAmal özündə
Amalın yolunda gəl yatma,oğlum
İnamın İnsana –Ölüm öldürən
Ehtiram ,izzətin könül güldürən
Ağılın İdrakın düz Yol göstərən
İradəni Ruhdan yan tutma ,oğlum
Hamımız dünyadan şikayətdəyik
Bundan artıq olmaz- cəhalətdəyik
Uçruma gedirik ,fəlakətdəyik
İnsanlıq yox imiş-arıtma ,oğlum
Dünya sənə düşman ,Mənası dostun
İnsanlığa qovuş ,dünya Nur olsun
Haqq ilə Ədalət Göyə ucalsın
Haytalı cahillik ucaltma ,oğlum
Dünyaya sığmayır İnsanın özü
Göylər azadlığın ürəyi ,gözü
Ruhudur mütləqin alovu ,közü
Başqa yol yoxdur ki,uzatma,oğlum
Qərbin ruhsuzluğu əsarətiylə
Şərqin xurafatı fəlakətiylə
Hər iksi tüğyanda həşəmətiylə
Bunları başına--tac tutma ,oğlum
Ürək odlanarsa ,göz yaşsız olmaz
Hər bir qışın sonu baharsız olmaz
Pak sevgi saf sevda nubarsız olmaz
İstəyi sevgiylə bir tutma ,oğlum
Elə sev sevdana heyran olasan
Hicran tonqalında alovlanasan
Eşqin göylərində məskən salasan
Məkrli sevgiyə üz tutma ,oğlum
Məcnunun sevgisi nalə səsində
İntizar tonqalı var sinəsində
Eşqin ulviliyi yar həsrətində
Nofəli Məcnuna tay tutma ,oğlum
Unutma Ellidən iki sətiri..
Vətən ,Bayraq,Millət dilmiz əzbəri
TURAN-Türk birliyi Türkün zəfəri
Unutma Turanı,unutma ,oğlum
5.0
100% (7)