1
Yorum
0
Beğeni
5,0
Puan
5924
Okunma

Bir kabus dolandı Bakı üstündə
Soyuq Ölüm kimi ,iyirmi yanvar
Erməni incimiş Qorbaçonlardan
Olması lazımmış,iyirmi yanvar
Necə tale söndü boş qaldı yurdu
Ürəklər ağladı,sinə qovruldu
Diləklər qırıldı ,arzular soldu
DE!!! Suçu nə olmuş,.... iyirmi yanvar
Qanlara bələndi Bakı o gecə
Kimsə uyumadı səhər olunca
Qərənfil al rəngdə bunu duyunca
Qan gölü misali--iyirmi yanvar
Oğul cənazəsin arayan ata
Dünyanı bağışlar --təki tapmaya
Ayağı yerimir addım atmaya
"VER ONUN OĞLUNU" ,...iyirmi yanvar
Ey Şərin şapkası ,Bakını vurdun
Sən Dünya savaşın nə tez unutdun
Neftiylə Bakının Hitleri uddun
İnsanlıq,Vicdanın yox ,...yirmi yanvar
Xiyaban boyunca üzümə baxan
"Qarabağ hardadır"? cavab axtaran
Sorular cavabsız ....,yandırıb ,yaxan
Sən nədən yanmadın,iyirmi yanvar
Bəşəri İdraka tapınan İnsan
Hanı bəs idrakın savaş durduran
Bəs hanı Ədalət sülhü yaradan
Çox yanvarlar keçdi ,...iyirmi yanvar
Torpaq ,var-dövlət,qadın ,qızıl,pul
Savaşa bəhanə,Yalana özül
Hanı bəs Həqiqət eyləmə füzul
Çox yalanlar yedik ,..iyirmi yanvar
Şərin min bir üzü ,fitnə,feli var
Yalan ,qanun,ehkam,xurafatı var
Haqqın da Ədalət adlı zatı var
Haqq ədalət bilməz ,iyirmi yanvar
1990 20 YANVAR ŞƏHİDLƏRİ KİROV PARKI DEYİLƏN YERDƏ DƏFN ETDİKDƏ 1918-DƏ BOLŞEVİKLƏR TƏRƏFİNDƏN GÜLLƏLƏNMİŞ--(KURŞUNA DİZİLMİŞ) MUSAVATÇILARIN TOPLU MƏZARI TAPILDI. 72 İLDƏN SONRA ÜZƏ ÇIXMIŞ. ŞƏHİDLƏR XİYABANINDA ONLAR DA UYUYUR. KOMMUNİST REJİMİ BİZƏ MUSAVATÇILARIN DƏFN OLUNDUĞU TOPLU MƏZARI ƏYLƏNCƏ YERİNƏ ÇEVİRİBMİŞ.AMMA BU 1990-CI İLDƏ HAQQ YERİNƏ ÇATDI. ONLARIN KƏMİKLƏRİ TAPILDI.
5.0
100% (1)