2
Yorum
2
Beğeni
5,0
Puan
1894
Okunma

Ylxacaq Türkiyəni hatibi-məktəblər inan
Ehkama tapınması,Qərbə biyət,türkü danan
Olmasa azca əgər qədimləşən milli şüur
Varlığı,var olmağı tarixi aləmdə güman
Başı üstündədir ol yad buludu,rəngi siyah
Görə bilməz ki belə,ol Günəşi türkə yanan
Qoyulub dil yasağıcameyi-məktəbdə dünən
Dilinə dil uzanır bəhanələr dini iman
Mosulu,Kərkükü qan içrə,fəlakət yaşayır
Hələbdə hökmü cihad türkmən elin kölə satan
Budurmu ədaləti-“məzhəbi ayrı ,yad” deyib
Türkmənin naləsini Türkiyə də etməz ayan
Harayım Türk elinə-“özünə dön” daş yazıya
Elli der-keçmişindi Babək ilə Bilgə Kağan
5.0
100% (2)