1
Yorum
1
Beğeni
5,0
Puan
1449
Okunma

Fərəhli könlümün yaz,baharında
Eşqi görməyən göz qafil deyilmi?
Gülü,gülzarına vətən sevdamın
Qarlar yağdıran yaz qafil deyilmi?
Nadanın sözünə ,kəndi nəfsinə
Gədanın küyünə naşı bəhsinə
Haqqı hayqiranı qanan tərsinə
Cahili tutan söz qafil deyilmi?
Nəsimi,Zərdüştdən,Qorqud elindən
Saz,Muğam sədalı türkün dilindən
Sönmüş ocaqların yanmış külündən
Alışmayan od köz qafil deyilmi?
Macar,qaqauzu türkü bilməyən
Macardan sahadan agah olmayan
Koroğlu,Babəkdən ilham almayan
Soyundan dönən üz qafil deyilmi?
Əskini unutdun ,tazə aradın
Dağları tərk edib düzə yaradın
Pərişan saçları tərsə daradın
Blular çalan saz qafil deyilmi?
Mütləq inamlıyam Turan maraqlı
Elliyəm Haqq Yolum Göytürk soraqlı
Bu çətin yollarım boranlı,qarlı
Dağa küsənən düz qafil deyilmi?
5.0
100% (1)