0
Yorum
1
Beğeni
5,0
Puan
1704
Okunma

Türkün şəhidi
Şamaxı yolunda ,dağlar qoynunda
Tənha bir məzar var,Türkün Şəhidi
Ey yoldan ötənlər, baş əy önündə
Öncə Vətən deyir, Türkün Şəhidi
Dağlardan soruşdum,deyə bilmədi
Buludlar göz yaşın silə bilmədi
Günəş də gizləndi,gülə bilmədi
Vüqar,Əzəmətli, Türkün Şəhidi
Çay kəsdi nəğməsin,dərə də susdu
Orman bu sorudan,Duman istədi
Kədərin Yolları Qubar istədi
Intizar ,Hicranlı,Türkün Şəhidi
Hər yanda çiçəklər,güllər baş əyər
Dərədə dağ cayi Acı yaş tökər
O tənha ağacım keşikdə bəklər
Sənə orman olsam, Türkün Şəhidi
Haqq Yolun tutmuşdu ,yardıma koşdu
Xeyir silahıyla şərlə vuruşdu
Tanriya Yüksəldi,Göyə qovuşdu
Mütləq Qəhrəmanım, Türkün Şəhidi
Özündən keçənim, Türkün Şəhidi
Ölümü öldürən Türkün Şəhidi
Qanımı donduran Türkün Şəhidi
Ürəyimi yandıran Türkün Şəhidi
5.0
100% (1)