1
Yorum
1
Beğeni
5,0
Puan
1999
Okunma

Qərb sözün söyləyib,Şərq çoxdan susub
Dünya çabalayır,ölüm dirimdə
Buddası,Vedası nəsrani,bitmiş
İsrail müsəlman ölüm dirimdə
Heç biri dünyanı xilas etmədi
İnsan yetirmədi ,gücü yetmədi
Didişmə,dartışma,hənuz bitmədi
Şərqi də ,Qərbi də ölüm dirimdə
Olsaydı Türk Özü, bəşər çaşmazdı
Naşı Müdrik üstdə savaş qurmazdı
Bəşər,dünya --- Miskin ,Yetim qalmazdı
İnsanlıq nadanlıq ölüm dirimdə
Tarix zaman söylər semitdən öncə
Hər kəs Şad olardı Türkü görüncə
Cahana Ədalət ,Hürr gətirincə
Unutdu türklüyün ölüm dirimdə
Tapındı yadlara özün itirdi
Unutdu Göylüyün ,qismət götürdü
Yox oldu Dədəlik ,ummət bitirdi
Nur üzlü Türk anam ölüm dirimdə
Xilası türk ruhu yenə dünyanın
Yükü Fərəh dolu agah olanın
Məramı, qayəsi yeni İnamın
Ruh ilə pul para, ölüm dirimdə
Hindin imtinası ,ərəb qisməti
Yaratdı taleyə şəksiz hizməti
Türk ruhu Göylüyün azad Hürmüzdü
Haykırar Azadlıq ölüm dirimdə
Dünya yetim qalıb ata səsləyir
Türkdədir nicatı ,türkü bəkləyir
Mənası Türklüyün İnsan söyləyir
Elli bu yollarda ölüm dirimdə
ölüm dirim---------savaş ,elə bir savaş ki qalib sağ qalır məğlubu öldürənədək,başqa sözlə iki döyüşənin biri ölməlıdir
5.0
100% (2)