3
Yorum
4
Beğeni
5,0
Puan
1891
Okunma

Ocaqlar gətir
Ey könül, sevginin od alovundan
Təşnə ürəyimə intizar gətir
Kədər buludundan,qəm dumanından
Könlümü yandıran nar qubar gətir
Yağışın laylatək həzin səsindən
Könüllər oxşayan çay nəğməsindən
Qoca çinarların göyə bəhsindən
Fərəhi,heyrəti necə var gətir
Çiçəyin şövqündən gülün ətrindən
Şehin qızılgüldə yeddi rəngindən
Çəməndə bülbülün nəğmələrindən
Açılan qönçədən yaz –bahar gətir
Dənizdə dalğanın gur savaşından
Qaya zirvəsindən ,dağın başından
Vətənin müqəddəs torpaq ,daşından
Zəfər yürüşümə bir vüqar gətir
Ceyranın üstündə ağ naxışından
Cüyürün o ürkək sux baxışından
Durna bulaqların lal axışından
Qırov ,qar ,yağışdan nağıllar gətir
Ürəyin ürəyə sevgi telindən
Eşqin ,məhəbbətin daşan selindən
Ananın balaya layla dilindən
Boyuna söylənən arzular gətir
Doğmaya həsrətdən ,dosta heyrətdən
Ahıla ehtiram ,ali hörmətdən
Körpəyə sevgidən,saf məhəbbətdən
Könül ocağından alovlar gətir.
Sevda həsrətinin səhralarından
Vüsal irmağının buz sularından
Mərhəmət dəryasnın dalğalarından
Dünyanı sarsıdan haraylar gətir
Aləmi yandıran saz naləsindən
Mütləqə yüksələn Muğam səsindən
Sufi ,hürufinin İnsan dərsindən
Haqdan ,Həqiqətdən soraqlar gətir
Zərdüştün var edən Xeyir odundan
Ağsaqqal işığı Dədəm Qorquddan
Adamda İnsanlıq var olduğundan
Adama İnsandan bir xəbər gətir
Insanlıq məktəbi Azərbaycandan
Türkün İnamının Ruh ocağından
Turan nicatının tək sorağından
Ellini yandıran ocaqlar gətir
5.0
100% (4)