2
Yorum
4
Beğeni
5,0
Puan
1354
Okunma
Türkün qızları
Vətənə sevdalı ,yurduna bağlı
El,oba qeyrətli ,türkün qızları
İnsana inamlı,Haqqa soraqlı
İlahi qüdrətli,türkün qızları
Çəməndə çiçəkdən zərifliyi var
Ülvi sevgisində eşqiylə yaşar
Məğrur ,vüqarlıdır ,ürəyi dağlar
Dosta sədaqətli ,türkün qızları
Xaqan hər kəsə xan,xanım xana xan
Xanımın xan görər,xanı anlayan
Bəkçiyə bəy deyib,eşin bəy yapan
Bəyinə heyrətli ,türkün qızları
Mərhəmət doludur ,yanar ürəyi
Cahanda barışdır arzu,diləyi
Tanrıya sevgisi ,Göyü sevməyi
Inam,etiqadlı ,türkün qızları
Koroğluya arxa ,dayaqdı Nigar
Dillər əzbəridir Nənə Xatunlar
Şərəflə ,şanımız Qara Fatmalar
Vətənə qeyrətli ,türkün qızları
Yağıyla davada şirdi pələngdir
Asena Boz Qurda qoldur kürəkdir
Qorxu nədir bilməm—deyən ürəkdir
Erkək cəsarətli ,türkün qızları
Üzündə var ana işığı sənin
Örtülə bilməz ki nuru Günəşin
Elli tacı bildi səni bəşərin
Dünyadan qiymətli,türkün qızları
5.0
100% (3)