2
Yorum
1
Beğeni
5,0
Puan
3783
Okunma

DƏDƏM QORQUD
Dinlə məni tanımayan
Dədəm Qorqud ad qoyurdu
Söz söyləyib qopuz çalıb
Mahiyyəti doğururdu
Dünyamıza Loğman idi
Elçilik də, ondan idi
Ön sözü də sondan idi
Aydınlığa çağırırdı
Alp ərənlər qılınc vuran
Meydanlarda döyüş quran
Vətəninə Bəkçi olan
İgidləri yoğururdu
Bilrlik vardı Salur kimi
Buğac ,Beyrək Çoban kimi
El malını Qazan kimi
Qorumağa çağırırdı
Burlaxatun ,Banuçiçək
Selcanların gözəl göyçək
İsmətini gözləyəcək
Qüdsiyyətə çağırırdı
Qoca dünya Qorqudluydu
Qazan xanı Koroğluydu
Koroğlumuz Qoroğluydu
Saz sözüylə çağırırdı
Dünya döndü həmzələşdi
Zinalaşdı məlıkləçdi
Burlaxatun yüksəlışdi
Ar ,namusa çağırırdı
Hardadır o ər ərənlər
Dünya MƏNƏM deyənlər
Onlar yoxmu?
Qorqud yoxdur---dədələr çox
Dədə yoxdur---gədələr çox
Koroğlu yox---həmzələr çox
Qazanlar yox-- aruzlar çox
Babəklər yox –əfşinlər çox
Nəsimi yox ---zahidlər çox
Hürmüzdüm yox--əhrimən çox
Insanlar yox--- adamlar çox
YOX olan-- OLANDIR---VAR OLANDIR,
ÇOX oıan ---olmayandır -----yox olandır
5.0
100% (2)