1
Yorum
0
Beğeni
5,0
Puan
1974
Okunma

Yoxdur anlayanım özümdən qeyri
Kefli İsgəndərəm,zaman fərqlidir
Oldum dəlıyə tay dövrandır qeyri
Kefli İsgəndərəm ,zaman fərqlidir
Xof ,qorxu dumanı dünyanı sarmış
Elmi ,fəlsəfəsi samki olmamış
Xurafat çələngi hələ solmamış
Kefli İsgəndərəm ,zaman fərqlidir
Elə bil olmamış ,Sabirlə ,Cəlıl
Elm yalan olmuş,sübuta dəlıl
Şeyxlər ayaq açır Kamyablar gəlır
Kefli İsgəndərəm ,zaman fərqlidir
Möcüzə göstərib ölü diriltmiş
İndi də "ağaclar rükuya getmiş"
Meyvənin üstünə yazı gətirmiş
Kefli İsgəndərəm ,zaman fərqlidir
Parisi partladan Məstəlı şahlar
Göydən atla gəlır Şeyx Nəsrullahlar
Həyatda Məşdi İbad ,Xudayar da var
Kefli İsgəndərəm ,zaman fərqlidir
Günəş tutulması sinc ,dəmir səsi
Buludda ərəbcə "ALLAH" kəlməsi
Qışda Gəncədəki tutun meyvəsi
Kefli İsgəndərəm ,zaman fərqlidir
İran sakinləri Mehdi gözləyir
İmamla naharın Şah da söyləyir
Quyudan çıxacaq nicat gözləyir
Kefli İsgəndərəm ,zaman fərqlidir
Azərbaycan kormuş görmür İranı
Dilni, millətini kökdən vuranı
Qaçırıq dovşan tək sevib varanı
Kefli İsgəndərəm ,zaman fərqlidir
kefli İsgəndər, Şeyx Nəsrullah,----əsərdə camaatın avamlığından istifadə edib onları dolayan fırıldaqçı ---Mirzə Cəlilin Ölülər əsəndə surət
Məstəli şah --M F Axundovun əsərində surət,
Şah dedikdə indiki İran prezidenti nəzərdə tutulur
qışda Gəncədə tut ağacı meyvə gətirmişdi----elmdən anlayan bunun möcüzə olmayıb məqsədyönlü şəkildə istiliklə buna nail olduqlarını görər
istənilən ağacı rüku formasına salmaq üçün yəqin ki,4-5 il kifayət edər...
alma .və fındıq Üzərində buludlarda ALLAH kəlməsi yazılır.--budurmu İNAM?
xurafatdır bu. din deyil........
5.0
100% (1)