1
Yorum
1
Beğeni
5,0
Puan
2166
Okunma

Ey Haqqa tapınan haqq oğulları
Göybaşlı kökənli, göy Oguzluyam
Başmı dik tutmağı öyrədib babam
Namus ,qeyrət Yollu kəndin oğluyam
Haqqıxlı el -obam Oğuz soyluyam
"Sən torpaq altında ,mən də üstündə
Baxmam başqasına olsa hüsnündə"
Dərd,qəm ,qüssə ,kədər yanan köksündə
Əhdinə vəfalı,ərlər oğluyam
Haqqıxlı el- obam,oğuz soyluyam
Sevgisi uğruna ölənlər olub
Üçcə gün gəlınlik geyənlər olub
"Yoxdur Əmir kimi" deyənlər olub
Ömrünün föfqündə bitən, oğluyam
Haqqıxlı el- obam Oğuz soyluyam
Emnə ,Urquyalar,Naxışdı,Bəsti
Namusu qeyrəti aləmə səsdi
Hürnisə ,Zeynavı pakdı,munisdi
Şanı ğöylər olan ana oğluyam
Haqqıxlı el- obam Oğuz soyluyam
Dilarə müəllim səcdə, təzimlik
Ləyaqət,Şərafət ona şöhrətlik
Duymadı oğullar heç dədəsizlik
Fəxr ,Fərəh bildi ANA oğluyam
Haqqıxlı el- obam Oğuz soyluyam
Şərəfin saxlayan namus qeyrətlə
Mərziyə xalaya hər kəs hörmətlə
Xalq kişi adını verdi izzətlə
Həyatın fövqünə varan oğluyam
Haqqıxlı el-obam Oğuz soyluyam
Bax belə analr bizləri doğdu
İçində nifrəti,kinini boğdu
Qeyrəti arsıza bıçaq tək oxdu
Ar namus ismətli ana oğluyam
Haqqıxlı el obam Oğuz soyluyam
Kəndin kişilərin yazsam bitməz ki
Mərdlik igidliyə heyrət yetməz ki
Bağırsam dağlara ünüm yetməz ki,
Vətənin özləyən qubar oğluyam
Haqqıxlı el -obam Oğuz soyluyam
Hər kəsi vəsf etsəm qələmmi yetər
Ruhlara, ey ruzgar, üzürlər yetir
Ölümlə öcəşsəm ölüm də bitər
Türk ruhlu,türk nurlu türkün oğluyam
Haqqıxlı el- obam Oğuz soyluyam
Düz sözü söyləmək ,sözü düz demək
Olubdur məramı doğruya yetmək
Dar gündə etmişlər kasıba kömək
Səxavətdə Tayi Hatəm oğluyam
Haqqıxlı el- obam Oğuz soyluyam
İnsana Sədaqət ,İnam Elliyəm
Şair ürəkliyəm ,aşıq dilliyəm
Həmədan əsilli kökü bəllıyəm
Dünyanı qurtaran Turan oğluyam
Haqqıxlı el- obam Oğuz soyluyam
5.0
100% (2)