1
Yorum
2
Beğeni
5,0
Puan
1529
Okunma

Gəldim-2
Dilimdə harayım,əldə qələmim
Türkə fəlakətin deməyə gəldim
Özündən ayrıldı- qəmim ,ələmim
Türkə cəhalətin deməyə gəldim
İnsanlıq məktəbi türk ocağından
Mərhəmət .sevdalı gen qucağından
Ləyaqət.ərdəmli əfə halından
Türkə ləyaqətin deməyə gəldim
Qılıncla Ədalət,Haqq ola bilməz
İnsanlıq olmasa ,dünya düzəlməz
Dünya yalan üstdə türklə düz gəlməz
Türkə Ədalətin deməyə gəldim
Babəki ,Zərdüştü özgənin saydı
Saz muğam yerinə yad hava çaldı
Ata ocağından çox uzaq qaldı
Türkə əlamətin deməyə gəldim
Mütləqə inamlı,mütləq inamlı
Bəşərin xilası-İnsan sevdalı
Ellinin sevdası-Türkü Turanlı
Türkə bu söhbətin deməyə gəldim
5.0
100% (2)