1
Yorum
2
Beğeni
5,0
Puan
1404
Okunma

Yandırıb yaxar
Bir ürək görmüşəm könül bağimda
Gülü-gülşənimi yandırıb yaxar
Günəşim göyümdə heyrət içində
Ayı da gün kimi yandırıb yaxar
Dəniz tək dalğalı,bulaq tək həzin
Dağlardan qürurlu.göylərdən əngin
Zirvədən yüksəkdi,dəryadan dərin
Dağları daşları yandırıb yaxar
Dərd kədər karvanı bəir başında
Irəm baxça bağı əzab daşında
Hüzuru özüylə,”Öz” savaşında
Şam təki öz-özün yandırıb yaxar
Açılan səhərdə şehin şövqüdür
Axşam qürubunun al üfüqudür
Dünyaya nur saçan gün şəfəqidir
Gecəni gündüzü yandırıb yaxar
Könül kamanımın qəmli telidir
Bəlalı sevdamın fərəh selidir
Elli bu ürəyə inan dəlidir
Aləmi dünyanı yandırıb yaxar
5.0
100% (2)