0
Yorum
2
Beğeni
5,0
Puan
1416
Okunma
Elli Şükür
ÇAL SAZINLA ÇAĞIRAQ-----(Ozan Fədai qardaşıma xitabən)
Haray çəkdim,səsim ,ünüm heç yetmir
Gəl Ozanım , çal sazınla çağıraq
O dağları qarmı basıb ,eşitmir
Gəl Ozanım , çal sazınla çağıraq
Novruz gəldi tonqalı yox yurdumun
Özləməzmi buz bulağı Xudumun
Dəlı dağım,Poylu yalım,Murğuzum
Gəl Ozanım , çal sazınla çağıraq
HJəsrətindən kül olmazmı o dağlar
Gunahkardır oylağında yağılar
Sinəsində qəriblik tək dağı var
Gəl Ozanım , çal sazınla çağıraq
Evlərmizin qapısını açan yox
Həyət- baca kol-kosuna baxan yox
Bir baxacaq ,bir soracaq insan yox
Gəl Ozanım , çal sazınla çağıraq
Göyəmliyə ilk baharın gəlməsi
O toy Şinkar,hop-hopların nəğməsi
Bağköşəndə gəlın-qızın şux səsi
Gəl Ozanım , çal sazınla çağıraq
Haqqıxlının haq səsiyəm-- Elliyəm
Turan yurdum,türk soyluyam,bəllıyəm
Can Fədaim. o türkünə dəlıyəm
Gəl Ozanım , çal sazınla çağıraq
Ozan Fədai--mənim Almaniyada yaşayan şair dostum ,aşıq,ozan
5.0
100% (1)