0
Yorum
0
Beğeni
5,0
Puan
1479
Okunma

Çanakqala türklüyümün qalası
Türkiyənin kürəyidir,....keçilməz
Var düşmənin fitnə fəsad tələsi
Çanakqala ---Türkiyədir,....keçilməz!!!!
Saçlarını kəsib satan analar
Oğulların xınalayan analar
Balalarnın üstün açan analar
Çanakqala ürəyidir,...keçilməz!!!!
Top mərmisin təkbaşına qaldıran
Onbaşıdır ,"Vətən" deyib güc alan
O atəşdir qarı düşmən qaytaran
Vətən qeyrət dəyəridir,...keçilməz!!!!
Əzrayıl da hücumdaydı hər yandan
Ölüm saçan mərmi yağır göylərdən
Öldürdülər Ölümü də gözlərdən
Arxa Vətən önəmidir ,...keçilməz!!!!!!
Onbeş yaşlı o fidanlar "onbeşlər"
Tüfəng belə ondan böyük görünər
Necə məğrur necə şəstlə yeriyər
Bu türklüyün biləyidir ,.....keçilməz!!!!
O yerləri bircə gedib görəydim
O sahildən ,o sulardan soraydım
O torpağa bir SƏCDƏDƏ duraydım
Sinəm geniş Dağ sipəri ,....keçilməz!!!!
Tarix yazdı, dastan qoşdu dünyaya
Dost gəlışi xoşdu yenə buraya
Elli deyər çəkinmədən doğruya
TURAN türkün Birliyidir,...keçilməz!!!!
5.0
100% (1)