1
Yorum
1
Beğeni
5,0
Puan
1177
Okunma
Dünya,sənə bica
düşdüm,bilmirəm,
Hansı tənə necə düşdüm,bilmirəm,
Gündüz düşdüm,gecə
düşdüm,bilmirəm,
Sevda adlı kor həvəsdə
bulundum,
Bir damlaydım,dar qəfəsdə
bulundum.
Dörd ay geçdi,can
verildi,duruxdum,
Altı ayda acı çəkdim,karıxdım,
Dokuz ayda vaxtım
çatdı,darıxdım,
Çölə çıxdım,heyrətimdən
bağırdım,
Heç bilmədim anam
kimdi,çağırdım.
Üç yaşımda bağladılar belimdən,
Yıxılırdım,anam tutdu əlimdən,
Nə danışdım bal döküldü
dilimdən,
Çırtma vurub əl çalana oynadım,
Həm doğruya,həm yalana
oynadım.
Yeddi yaşda kandım,dərsə
başladım,
Hikmət ilə boğazımı yaşladım,
Doğru nədir,barmağımı tuşladım,
Naxış naxış zinət vurdum ağlıma,
Kəlamlardan saray kurdum
ağlıma.
On beşimdə içərimdən qaynadım,
Anlamadım,nə caldılar oynadım,
Qızılgülü tazə tərkən iynədim,
Hayalımda qurub şahlıq tahtımı,
Ha bəklədim açan aça bahtımı.
İyirmidə sevda mənə tuş oldu,
Gönlum uçdu,səmalarda kuş oldu,
Gecələrim,gündüzlərim hoş oldu,
Şərbətimi bir nəfəsə içirdim,
Nəfəsimi kəsə kəsə içirdim.
Otuzumda nələr düşdü eynimə,
Evliliyi yük eylədim çiynimə,
Nə bəyəndim onu taxdım əynimə,
Həyat nəymiş,yavaş yavaş
anladım,
Səhv elədim,öz özümü danladım.
Qırx yaşımda həvəs gəldi canıma,
Kimlık ruhum devr elədı kanıma,
Mərifətim möhür vurdu şanıma,
Sayğın oldum ərkanımın hatrına,
Adabımın,imanımın hatrına.
Əlli yaşım hakdan ömür butası,
Elə yaşdı düzəlməyir hatası,
Son kapıdı dəstəyindən tutası,
Açıb gördüm fələk baxır o
yüzden,
Tufan qopur, şimşək çaxır o
yüzden.
Altmışımda nə tikmişdim,söküldü,
Hazan dağı ürəyimə çəkildi,
Yapraklarım birer birer döküldü,
Həzin həzin ağlar oldum içimdə,
Nəyim varsa saklar oldum içimdə.
Yetmişimdə ölüm məni hakladı,
Bir oramı,bir buramı kokladı,
Yola çıxdım,yarıyolda sakladı,
Qəddim əydi,azar endi canıma,
Nə dost gəldi,qardaş gəldi
yanıma.
Bir gün oldu,fələk yumdu
gözümü,
Omuzlarda yola saldım özümü,
Zaman sildi olan kalan izimi,
Şəlil oldum,divarlara düzüldüm,
Nokta nokta mezarlara çizildim.
Ömür yoldu,səyahəti var onun,
Masalı var,hekayəti var onun,
Bir gün bitər,nəhayəti var onun,
Nə əvvəldi,nə axırdı, bilinmir,
Kim yumurdu,kim baxırdı,bilinmir.
5.0
100% (1)