1
Yorum
2
Beğeni
5,0
Puan
774
Okunma
Məni sevənlər sevməsin,
Mənim sevgim saxta çıxdı.
Qorxduğum o şey vardı ya,
O da gəldi baxta çıxdı.
Bu eşq demə,kosa imiş,
Ömrü böylə qısa imiş,
Umduğu bir busə imiş,
Dodaqdan nə vaxta çıxdı.
Gönlümü sardı dumanlıq,
Hər şey bitdi ah,bir anlıq,
Oyunmuş bu xanədanlır,
Mən endim, o taxta çıxdı.
Canım yandı qadasına,
Qaçdım hülya adasına,
Baxdım hansı odasına,
Kilidi Allahda çıxdı.
*
5.0
100% (2)