1
Yorum
1
Beğeni
5,0
Puan
1158
Okunma
OĞLAN:
-Bağçamın gülü sarı,
Sevgilimin saçları,
Mən sarışın sevərəm,
Neynirəm əsmər yarı.
QIZ:
-Güləm,bağda saxla sən,
Qönçə qönçə qoxla sən,
Gündüz ki,yoxlamırsan,
Barı gecə yoxla sən.
OĞLAN:
-Qarpız atdım nəhs düşdü,
Qulağıma səs düşdü,
Qapınızdan geçəndə
Başım əydim fəs düşdü.
QIZ:
-Məktub yazdım,anladı,
Anam məni danladı,
Gecə geçdi gəlmədin,
Xoruzlar da banladı.
OĞLAN:
-Saçları sarısan,qız,
Gönlümün varısan,qız,
Baxışın ceyran kimi,
Sən kimin yarısan,qız.
QIZ:
-Adın bəllidi,oğlan,
Fəsin güllüdü,oğlan,
Qorxuram "hə" deməyə,
Anan dillidi oğlan.
OĞLAN:
-Gümansızam,naçaram,
Yaprak kimi açaram,
Bu qədər üzmə məni,
Baş götürüb qaçaram.
QIZ:
Gönülsən,mən varınam,
Sən bülbül,mən xarınam,
Elçilərə de,gəlsin,
Mən ki,sənın yarınam.
*
5.0
100% (1)