1
Yorum
0
Beğeni
5,0
Puan
851
Okunma

Deyirlər azaddır sevginin yolu
Məhəbbət bağ bilməz,Göylər məskəni
Durnanın halayı –həsrətlər dolu
Azadlıq –nəğməsi,Göylər məskəni
Dərd, Kədər yükümdən durnama versəm
Həsrət qardaşıma bir Can söyləsəm
Intizarda yanan könül göndərsəm
Durnam göydə yanar,Göylər məskəni
Uçar qatar-qatar karvana bənzər
Qəm ,Kədər--- nərlərin dizin çökdürər
Durnama vız gələr, göyə yüksələr
Kədər –zirvə yolu,Göylər məskəni
Durnaya yalvardım—vətən çöllərnə
Yenə qanad açdı Turan ellərnə
“Hadi turnam”deyən ,qurban dillərnə
Durna ,karvan göydə,Göylər məskəni
Göylərin göylüyü—Əbədi,Kamil
Əlçatmaz Azadlıq- Əzələ şamil
Əngin səmalara -- Sonsuzluq amil
Saz,Muğam—harayım,Göylər məskənim
Elli çəkən yükə durnam dözəmməz
Qarışar səfləri ,yol çözə bilməz
Doğu,güney,batı,quzey biləmməz
Turan ,Türk Varlığım,göylər məskənim
5.0
100% (2)