1
Yorum
0
Beğeni
5,0
Puan
857
Okunma

Həyatda olanlar Həyatdan deyil
OLMAYAN olmasa Həyat olmazdı
Bu gündə yaşayır dünkü olaylar
Sabahı olmasa ,dünən olmazdı
Gerçəkdə görünər ,bivəfalıqlar
Bıvəfa var isə, varmış vəfalar
Bu gündə görünər ,dünən ,sabahlar
Var olar yoxluqda , yox var olmazdı
Müəmma ,mücərrəd,anlaşılmaz ki,
Nisbidə görnənlər olan olmaz ki,
Mənalar olmasa olay qalmaz ki,
Olmasaydı Sonsuz ,sonlu olmazdı
Həyatda ,Dünyada İlahilik var
Gerçəkdən Yüksəklər Mənada yaşar
Özündən Yüksəyi,.. .ozü daşıyar
Əzəlı olmasa ,keçər olmazdı
Dünyadan yüksəyi görmədi adam
İdrak da Mənaya ,Yoxda varmadan
Puç ,fani söylədi,araşdırmadan
Çatsaydı Mənaya, fani olmazdı
Hiylə fırıldaqdan,.... qorxu,yalandan
Həsəd ,paxıllıqdan,fitnə ,fəsaddan
Həşəmət , həşirdən.,yarım olandan
Qurtulsa, adamlar ,adam olmazdı
Cənnət ətasından göylərə uçan
Sırat,Qır qazanı qorxu yaradan
Mənfəət ,Təmənna yaratmaz İnsan
Olsa da ol adam ,AZAD olmazdı
5.0
100% (1)