0
Yorum
0
Beğeni
0,0
Puan
2082
Okunma

Anam mənim Azərbaycan
İcimdə bir bağırtı,
Haray deyil, hayqırtı,
Ürəyimin dərinliyi,
Dan yeri tək ağartı.
Bu ElSƏSDİR --türkəm deyir
Cənubum da sitəm deyir
İcin -icin nalə cəkib
Paralanmış ölkəm deyir
İran mənə ağız büzür
Balalarmı səf-səf düzür
Yarğılayır çünki türkdür
Kranlardan ipə düzür
Dünya kordur,dünya görmür
Hitler sağdır,faşist ölmür
Haqqam deyən bu mollala
Ədalətdən mənə bölmür
Dinlə məni qarı düşmən
Gün gələcək, bəlkə görməm
Nə fərqi var ƏMİN kimi
CAVAD kimi görəmməsəm
Qardaş,qardaş deyən dillər
Hicran ilə yanan ellər
QOVUŞACAQ həsrət çəkən
GÖZ yaşları,YANAN DİLLƏR
Anam mənim Azərbaycan
Sitəmlərə sinə gərdin
Canım mənim Azərbaycan
Nələr əkdin nələr bicdin
Canım mənim Azərbaycan
Anam mənim Azərbaycan
Gülüstanda parcalandın
Türkmənçayda çöldə qaldın
Əsrlərlə yağmalandın
Canım mənim Azərbaycan
Anam mənim Azərbaycan
Üç yüz ili tapdalandın
Yetmiş ili tam talandı
Bütöv idin parçalandın
Canım mənim Azərbaycan
Anam mənim Azərbaycan
Şərqə hürrü sən gətirdin
Bağımsız sərbəst dövlətdin
Əsir oldun can göynətdin
Canım mənim Azərbaycan
Anam mənim Azərbaycan
Qarabağım qan yaddaşım
Dərd kədərim, Qəm yoldaşım
Ölənədək çeşmim yaşım
Canım mənim Azərbaycan
Anam mənim Azərbaycan
Manqurtların qurd tək yeyir
Rüşvətxorluq hökm eyləyir
Ağlar qalıb könlüm deyir
Canım mənim Azərbaycan
Anam mənim Azərbaycan
Vətən böyük ,dünya dardır
Nicat yolu bəs hardadır?
Fərəhli bir Halım vardır
Canım mənim Azərbaycan
Anam mənim Azərbaycan
Düşünürəm, daşınıram
İnsanlığa tapınıram
Başqa Yolu tanımıram
Canım mənim Azərbaycan
Anam mənim Azərbaycan
Gözlərimiz qanlı yaşdır
Dünya ayaq ,vətən Başdır
İnsanlaşıb ,İnsanlaşdır
Canım mənim Azərbaycan
Anam mənim Azərbaycan