1
Yorum
0
Beğeni
5,0
Puan
1285
Okunma

Ürəyim qubarlı,gözlərim dolu
Dərd ,Kədər həmdəmim,Qüssə qardaşım
Hicran Yağmurunda özlərəm onu
Güney tərəflərdən gəlsə qardaşım
Başımın üstündə qara buludlar
Günəşi- Qaranlıq,qarlıdır bahar
Çicək gül olmadan qönçətək solar
Çəmənə ,baxçaya Həsrət qardaşım
Ey cənub Rüzgarı ,yada sal məni
Bir xəbər müjdələ ya da al məni
Qəlbimi sevindir., süpür sil qəmi
Könlünü verəcək ,sənə ,qardaşım
Göndər gələn mehdən bizə xoş xəbər
Təşnə ürəyimizə sərinlik səpər
Zillətə zülümə olaram sipər
Arxaya köməyə möhtac qardaşım
Tütk dilində deyən dilin var olsun
Azadlıq səadət sənə yar olsun
Qarlı Zimistanın gul bahar olsun
Zülümdə inləyən yanan qardaşım
Günü görəmmədən Gunu qanana
Canımı verərəm sənin canına
Eşqin kimi təmiz gül camalına
Var olsun sevgilin yarın.qardaşım
5.0
100% (1)