1
Yorum
0
Beğeni
0,0
Puan
1430
Okunma

Dünyanın çırpınan ümmanında mən
Bir tənha gəmiyəm,üzmək istərəm
Kiçicik dünyama Adam gölündən
Yığıb inciləri düzmək istərəm
Günün günortası əlıçıraqlı
Bir gözəl gəzirəm sirli,soraqlı
Qəlbını görmürəm üstü boyaqlı
Qəlbının boyasın pozmaq istərəm
Tapmadım Yerlərdə haqq qəfəsdədir
Görmürəm gözümlə könlüm səsdədir
Qəm Kədər ağlayan Ülvi bəstədir
Dərd Karvanı olub azmaq istərəm
Hər yanı axtardım tapa bilmədim
Kədər göz yaşlarım axdı silmədim
Sevdamçün savaşdım başım əymədim
Ürəymin ağrısın yazmaq istərəm
Sərgərdan gəzirəm sarvanım yoxdur
O dilbər sinəmə sancılan oxdur
Eşqim bulaq kimi Məcnundan çoxdur
Dağlarda, daşlarda qazmaq istərəm
Şirin şərbətimi acıyla qatdım
Dərdimi artırdım o Nura çatdım
Özgədə aradım özümdə tapdım
Dünyanı qartaltək süzmək istərəm
İşıq özümdəymiş sevgi gözümdə
İnsanlıq içimdə,kormuş gözum də
İnana bilmirəm Amal özümdə
Ona gedən yolda dözmək istərəm