1
Yorum
0
Beğeni
5,0
Puan
1081
Okunma

Zəmanə yalanları,olanlarda haqq görünər
Şərait vadar edər,doğru olan tərs deyilər
Söyləmə ,qafil olan,"hər dövürün həqiqəti"
Həqiqət Sabit olar, həyatla ,dövran dəyişər
Görməyə Həqiqəti ,daxili göz --İdrak gərək
"Mühitin haqq sözü" olmaz,dövrana uyğun bilər
Olayın Mənası var olayından üstün olan
İdrakın Məramıdır,olandan olmayan seçər
Dostluğun .Ədalətin dəyişkəni həqiqimi?
Dəyişsə Sevgi,Məhəbbət,Etiqad ölər gedər
Adamın dəyişməsi Kamiləcən,İnsanlığa
Dəyişməz İnsan olur,dəyişsə gər naqisləşər
Zidd olan yol gedə bilməz,...həyatın yoxluğudur
Mahiyyət,Məna bütöv,gerçəklikdən üstün edər
İnkarı inkar edən ,əks olanda vəhdətmi olar?
Qarışar olanlarda olan--olmaz,yox görunər
Həyatın yaratdığı Şükür olar-- hər kəsə tən
Amalın qüdrətidir Şükürləri Elli edər
5.0
100% (2)