1
Yorum
0
Beğeni
5,0
Puan
994
Okunma
Cəmiyyət var olmağa qanun verər ,yol dəyişər
Yaradar təbəqəlik varlı-- kasıb ,ağa --nökər
Oğrusu ,qulduru var,cinayəti hakimi var
Cəzası cinayətin səbəbləri iraq edər
Nə qədər varsa əgər oğurluq da ,quldurluq da
Saracaq cəmiyyəti cəzalarla ,cinayətlər
Döyüşü qurmalıyıq oğurluğun mənasına
Yaratmaz İnsanığı qorxu cəza,...çəkindirər
İçində Vəhşiliyi Qatilliyi yox etməsə
Adamın İnsanlığı doğru olmaz,.... yalan deyər
Cəmiyyət car eyləyir bərabərlik Həşirliyi
Bumudur--- vəzifələr,.. pul paralar,..çin,.rütbələr
Bəşərin səhvi budur-- qulduru var,İNSANI yox
Alimi ,mühəndisi,loğmanı var,..süs görünər
İNSANIN mərtəbəsi məkan , zaman üstünlüyü
Vicdanın hakimliyi cəmiyyəti XALQ eyləyər
Uçruma yuvarlanan bəşəryətin xilas yolu
Adamın İNSANLIĞI ,....insanlaşaq--Elli deyər
5.0
100% (2)