3
Yorum
1
Beğeni
5,0
Puan
1331
Okunma
At belində Koroğluyam Haq Yolum
Düşsəm atdan Füzuliyəm,Türkəm mən
Atillayam bənzəməm ki ,yad olum
Zərdüştəm mən,Hürmüzdləşən Türkəm mən
Oğuz elliAnadollu,Altaylı
Türküstanam,özbək,qazax ,Asyalı
Qirğızam mən,türkmənəm mən,Midyalı
Ankaralı,Bakılıyam Türkəm mən
Xilaskaram,Atatürkəm hamiyəm
Mən Əmrəyəm məndə Mənəm,Rumiyəm
Ənəlhəqqəm..Təbrizliyəm,Urmiyəm
Zaman ötən Səlcuqam mən Türkəm mən
Babəkəm mən-- Xilafəti sarsıdan
Azadlığım Şirvinimdən Tanrıdan
Din kitabım yandırıldı qorxudan
Ruhum yaşar Qəhrəmanam ,Türkəm mən
Bozqurdam mən Ergeneqon Yuvamdır
Sazım ,Sözüm Göy Tanrımdır Duamdır
Türkeşəm mən millətçilik davamdır
Kıbrısam mən,Zəngəzuram Türkəm mən
Yaralarım Qarabağdır Kərkükdür
İrəvan da Borçalı da həp türkdür
Tatar ,Başqird sinəmdəki körükdür
Qaqauzam,Yakutam mən Türkəm mən
Bilqamısdan Manasadək soyum var
Ağsaqqalam Dədəm Qorqud Boyum var
Koroğluyam dəlılərə hoyum var
Şumerəm mən ,Kağanam mən Türkəm mən!!!!!!!!!
5.0
100% (1)