0
Yorum
0
Beğeni
0,0
Puan
756
Okunma
Suallar başımda dağdan axan sel
Bir kələf kimidir ,ucu sonu yox
Birmidir - beşmidir fırtınalar tək
Şahə qalxan dalğa ,ucu sonu yox
Hanı dağdan uca dağ dağlığımız?
Hanı ormanlarda sirri -sorağmız?
Hanı göylərdəki azadlığımız
Təbiət Mənadır---ucu sonu yox
Dünyanı mədh edib ,göyə qaldıran
Nədən görəmmədin---yolunu azan
Ata ,anasını evindən qovan
Bəşərin günahı,ucu sonu yox
Məhəbbət .nə qədər ucuz,qiymətsiz
Analar balasın edib hörmətsiz
Reklamı mal-mulkdən ötə,söhbətsiz
Sevgimi,bazarmı? ucu sonu yox
Özgəyə bənzəmək özünü danmaq
"Şərəf şərafətmiş" yada yalmanmaq
Yalmanıb yallanıb,dalda sallanmaq
Çoxmu yal yalayan? ucu sonu yox
Özündən qoparsan ,yoxluq olarsan
Əriyib hoparsan ,boşluq qalarsan
Kökündən saparsan,soysuz qalarsan
Kökünə xor baxan ,ucu sonu yox
Dünyanı dünyalıq yaradır inan
İnsanlıq olmasa var olmaz İnsan
Həyatın Mənası---Amal yaradan
Əbədi kamildir,ucu sonu yox
Vətənsiz --Vətənli vətənpərvərlər
Vətəndə--vətənsiz Vətən bilməzlər
Vətən -- Vətənlini Vətəndə bilər
Vətəndir Turanım,ucu sonu yox