0
Yorum
4
Beğeni
5,0
Puan
390
Okunma
Xəzan oldum yel əsdim
Bu qızın saçlarına.
Tez mi gəldim,tələsdim
Bu qızın saçlarına.
Bu qızın dar yaxası,
Bəmbəyaz qar yaxası,
Bir yağmur var yağası
Bu qızın saçlarına.
Damdıqca jalə dedim,
Düşdüm nə halə dedim.
Siyah şəlalə dedim
Bu qızın saçlarına.
Nə gözəl,hamar hələ,
Məst olub,xumar hələ,
Çəkəcəm tumar hələ
Bu qızın saçlarına.
5.0
100% (3)