3
Yorum
6
Beğeni
5,0
Puan
650
Okunma
Dam dayanar dirək üstə deyirlər,
Dirəyimi qucaqlayıb yatıram.
Ölüm-dirim çörək üstə deyirlər,
Çörəyimi qucaqlayıb yatıram.
Bəlkə nahaq,bəlkə hədər qorxuram,
Qan içimdə qüssə-kədər,qorxuram,
Quş kimidir, uçar gedər qorxuram,
Ürəyimi qucaqlayıb yatıram.
Gor qazımaq iynəynən- yaşamaq,
Ruzi bulub öynəynən yaşamaq,
Gərəyimdir eyniynən yaşamaq,
Gərəyimi qucaqlayıb yatıram.
Ölüm-dirim çörək üstə deyirlər...
Çörəyimi qucaqlayıb yatıram.
*
5.0
100% (4)