1
Yorum
6
Beğeni
5,0
Puan
530
Okunma
...ovucların isti oduğundan
əllərim soyuğuydu.
ilk baharın sonrası yaz
son baharı duyduğu
kimi duyurdu əllərin məni.
könlünün hərarətini
geyinmişdim əllərimə,
ayaqlarımsa bumbuz...
uzağı onlardan qeyri
kim biləbilər ki.
günəş son sıcağını
yolarına səpirkən
onlar bihudə yorulmuşlar,
ovuclarının hərarəti yetməziykən.
...bir də saçların vardı,
xəzan rəngində,
hər dəfəsində dalğalanırkən
içimdən bir şey qopardı,
axıb gedərdi eynən
xəzəl misali duyğularımın
selində...
həəə,bir də rüzgar vardı,
saçlarını pərişan bəsləyən,
əsirkən həp kipriklərim
qapanardı,
əllərim soyuğu ovuclarında
isinirkən...
5.0
100% (3)