1
Yorum
3
Beğeni
5,0
Puan
668
Okunma
Hər şeydə bir az günah,
Günahında cəza var.
Hər qismətin qədəri,
Qədərində qəza var.
Hər topraqda bir toxum,
Hər toxumda ehtiras.
Hər aşiqdə umacaq,
Hər məşuqda etiraz.
Hər dənizdə bir sükut,
Hər sükutda bir səs var.
Hər qəfəsdə azadlıq,
Azadlıqda qəfəs var...
İki işıq arası...
Hər işıqda qaranlıq.
Qaranlıqda bir umud,
Aydınlıqda toranlıq.
Partlayan köpüksə o,
Köpüyün öz günahı.
Odunun savab dərdi,
Atəşin köz günahı.
Sınmışın calaq dərdi,
Yerişi çolaq dərdi,
Cahilin qulaq dərdi,
Alimin söz günahı...
...
Hər şeydə bir günah var...
5.0
100% (1)