1
Yorum
4
Beğeni
5,0
Puan
597
Okunma
...yulğunların arasından
üfüq saralırdı
...
Rəngi çalır qocaya...
Bu çöl erkən qocalıb.
Bir külək var töyşüyür
Burda qamışa dalıb.
...
Çil torağaylar kimi
Enir,alçaqdan uçur.
Yavru sesardı,sanki
Qorxur bıçaqdan uçur.
...
Kim var ki,utanası,
Soyunur çılpaq gəzir.
Qoparıb aparmağa
Bir sarı yarpaq gəzir.
...
Etmə yolumdan məni,
Etmə,payız küləyi.
Çəkib qolumdan məni
Ötmə,payız küləyi!
...
Qanadından vurarlar,
Onu elə qırarlar
Uzaqlar,o uzaqlar...
Getmə,payız küləyi!
Getmə,payız küləyi!
*
payız küləyi - hazan rüzgarı
5.0
100% (3)