Vahid Sabah
503 şiiri kayıtlı

XƏZƏLİN MÜBARƏK,A SARI PAYIZ

Vahid Sabah
  5,0 / 1 kişi ·3 beğenme · 1 yorum · 105 okunma

XƏZƏLİN MÜBARƏK,A SARI PAYIZ


***
***
Corab mı üşüyən ayaqlarım mı?...
Yağışın içində başqa soyuq var.
Hələ yumurtada maya donmamış,
Hələ soyumamış təzə soyuqlar...
Xəzəlin mübarək,a sarı payız!
Gözümə çəkilir dağı uzağın,
Yaxınlar,yoxunlar ölüb gedirlər.
Daralır toprağın şərəf çənbəri,
İçində toxumlar ölüb gedirlər.
Aynaya baxıram,gülməyim tutur,
Baxıram kədərlə özümə onda.
Neynirəm əksində bəyaz saçları
Bir siyah dəymirsə gözümə onda.
Çatlayır qırışlar şüşə yerinə,
Bənzəyir səhrası üzümə onda.
Köçmüş durnaları mavi göyünün,
Qarğa yuvasıdır gözüm içiylə,
Yaşıl yaprağını zamana gömdüm,
Xəzələ qarışdı sözüm içiylə...
Xəzəlin mübarək,a sarı payız!
Usandım...
Üstündə durduğum yetər,
Sırtıma bir yastıq gəzir ayağım.
Bir zaman yolları tumarlayardı,
İndi o yolları əzir ayağım.
Yağışın içində başqa soyuq var-
Hələ soyumamış təzə soyuqlar...
Xəzəlin mübarək,a sarı payız!
***
Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
XƏZƏLİN MÜBARƏK,A SARI PAYIZ şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

XƏZƏLİN MÜBARƏK,A SARI PAYIZ şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Ilgın Püren , 5 puan verdi
28 Kasım 2019 Perşembe 03:05:09
Yahşi.
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiVahid Sabah , şiirin sahibi
28 Kasım 2019 Perşembe 06:27:37
Yorumunuz için teşekkür ederim.
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.