2
Yorum
4
Beğeni
5,0
Puan
706
Okunma
Bir vaxt nağıllara alma satardım,
İndi almalarım yığılı qalıb...
Elə unutmuşam...
Təkcə yadımda
Ağ atlı oğlanın nağılı qalıb.
Nağıl günə qoydu ağıl dünyanı,
Amma,o nağılın sözləri yoxdur.
Başımı qoyardım nağıl yerinə...
Heyf ki,nənəmin dizləri yoxdur.
Nağıl dükanımı bağladı getdi,
Nə ağıl eylədi Ağıl dünyada.
O nağıl ağlıyla qoysaydı,əgər
Nələr yaratmazdı Nağıl dünyada.
Elə nağılı da ağıl yaratdı.
Qoymağa bir qismət pəpə gözlərə.
Qandırıb üç kitab allah nağlına
Bizi yem elədi təpəgözlərə.
Satdı çayımızı ilhamurlara,
İndi nağıl dadır qulançar dadı.
Ah,mənim div döyən Məlikməhmədim...
Sultan qoxusunda o Səncər dadır.
Daşdan çıxan kimi ondan çıxardı,
Nağıl əppəyimi kəsənə lənət!
Yüz nağıl söyəcəm almabaşına,
Allahdan qeyrisi küsənə lənət!
5.0
100% (3)