Para, gübre gibi etrafa yayılmazsa işe yaramaz. baco
Vahid Sabah
Vahid Sabah

QADIN AYAQLARI VƏ...SON MƏKTUB

Yorum

QADIN AYAQLARI VƏ...SON MƏKTUB

( 4 kişi )

1

Yorum

6

Beğeni

5,0

Puan

1055

Okunma

QADIN AYAQLARI VƏ...SON MƏKTUB



Həyat ona görə maraqlıdır-
qadına görə.
Osa səsinə və ayaqlarına.
Məncə də öylədir.
Qadın səsi!
Rənginə şəlalə qatmış
ilıq bahar yağmuru o.
Ölümünə umutsuzkən
kiçicik bir dəlikdən
zülməti belə mutlu edəcək
işıq kimi.
Sənin bəxtiyarlığın,
özləmlərinin harmoniyası.
Ən bəyaz qar
xışıltısının sərxoşluğu,
iki sevdalı sahildən
birinə qoşan vüsal yelləri.
O,qadın səsi!
Mazut qoxulu tren istasyonunda
gümüş donlu ayın
süd işığına doyan
soyuq sükutu
bir barmaqla dilləndirən
əsrarəngiz o səs...
O qadının səsi...
Rus gecələrinin yolçu
romanlarındakı kimi...
səkkiz notda qoşan
əski bir şərqi xatirəsi.
O səs sonsuzluğun türküsü-
yalnız tanrılar söylərdi.
O səs-qadın səsi...
Və ayaqları...
Hər kişinin yürüdüyü
çaparı olmayan
qərib yollardı o.
O,eşqin ehtiras körpüsü,
korsan belə keçəcəyin,
o,cənnəti altına sərmiş
gözəllik tanrısı,
itaət edəcəyin.
O,bir cüt əbruşam,
yarpızlı tirələrdə bitən,
dam dirəkləri,üstündə
qırxotaqlı saraylar duran.
Mən kəpənəyin qonduğu
şaftalı çiçəkləri,
ilğım səhralarda yürürkən
dodaq suyum,
bir loxma ağ əppəyim.
Göylərin ən müqəddəs
yolları ondan keçər,
ondan- qadın ayaqlarından...
"""
Bir ömrü də böyləcə
mən yaşadım fənalıqda...
Dolablarda aradım
haqqın ən böyük müjdəsini,
xudanın lütfünü,
rəbbin səxavətini-
düşlərimdə gördüyüm eşqi...
Əski məktubların içində aradım...
Bulduğum sadəcə bir parça
kağız oldu,üçcə kəlmə sözlə:
"Sən sevməyi bilmədin ki..."
Bəlkə nəsihətdən çox
vəsiyyət zamanı söyləməyin.
O da gəldi!
Mən ağlımı kağıza
köçürməyən biriyəm,
heç sevmədim kağız yazıları.
Amma,yazacağam!
Bəlkə də ömrümdə yazacağım
ilk məktub olacaq o.
Və son məktub!
Bir zaman toz basmış dolablardan,
bəlkə də,sürtülmüş bavul
ciblərindən cıxacaq o məktub.
Amma,xəzan yapraqları
kimi saralmış olacaq.
İlk və son sətirləriylə...
"Mən öləndə
yanımda bir cüt
qadın ayaqları basdırın,
bir də səkkiz not qadın səsi...
Saçın ucun hörməzlər,
Sarı gəlin..."
*

Paylaş:
6 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (4)

5.0

100% (4)

Qadın ayaqları vƏ...son mƏktub Şiirine Yorum Yap
Okuduğunuz Qadın ayaqları vƏ...son mƏktub şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
QADIN AYAQLARI VƏ...SON MƏKTUB şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
İsmailoğlu Mustafa YILMAZ
İsmailoğlu Mustafa YILMAZ, @ismailoglumustafayilmaz
8.9.2018 11:55:55
Duyguların canlı örneği açıkca göz önüne serilmiş...
Beğenerek okudum…
Şiirin sesi hiç susmasın...
............................................. Saygı ve selamlar..
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL