2
Yorum
4
Beğeni
5,0
Puan
845
Okunma
Açırlar örtmürlər,taybatay qalir,
Mən qapı örtməkdən yoruldum daha.
Açırlar,açılı neçə ay qalır,
Mən qapı örtməkdən yoruldum daha.
Səsi duyulmayır külək açanın,
Utana-utana dilək açanın,
Sınsın hancaması kələk açanın,
Mən qapı örtməkdən yoruldum daha.
Böyük sarayların dev qapıları,
Otaq qapıları,ev qapıları,
Az oxşa,əzizlə,sev qapıları,
Mən qapı örtməkdən yoruldum daha.
Yol açan,yol verən yolaq qapılar,
Qapıdan qapıya calaq qapılar,
Neçə kəsiləsi qulaq qapılar,
Mən qapı ôrtməkdən yoruldum daha.
Məəttəl qalmışam dəmir üzünə,
Fərman sifətinə,əmr üzünə,
Adamın sözünü demir üzünə
Mən qapı örtməkdən yoruldum daha.
Varsa var yoxsa yox...
Şah qapısı var,
Gah bağlı,gah açıq ah qapısı var,
Yalandı deyirlər haqq qapısı var,
Mən qapı örtməkdən yoruldum daha.
5.0
100% (2)