1
Yorum
5
Beğeni
5,0
Puan
877
Okunma
NOLAYDI SEVƏYDİN MƏNİ
O əski günlərim,o köhnə vaxtım
Olaydı,nolaydı sevəydin məni.
Taxtım oluncana bir quru baxtım
Olaydı,nolaydı sevəydin məni.
Bəlkə,danışıram mən bir az böyük...
Mən bir az balaça,sən bir az böyük,
Boyun da boyuma tən-bir az böyük
Olaydı,nolaydı sevəydin məni.
Gecəni gündüzdən ləng eləməyə,
Başını qatmağa,təng eləməyə,
Mənim də telefonum zəng eləməyə
Olaydı,nolaydı sevəydin məni.
Bu sevgi uğrunda ölmək olmayır,
Aşılam ipindən ilmək olmayır,
Eynəklə göz-gözə gəlmək olmayır,
Olaydı,nolaydı sevəydin məni.
Çiçək açdımsa da ətrim olmadı,
Ətirlər içində xətrim olmadı,
Yağdı çıxdın getdin,çətrim olmadı,
Olaydı,nolaydı sevəydin məni.
Yalandan qapını açaydı biri,
Söz verib dalından qaçaydı biri,
İki qismətindən qocaydı biri...
Olaydı nolaydı sevəydin məni.
Hey,qalıb əllərdə qarıyan çiçək,
Solmağa bir payız arayan çiçək,
Olmadım mən sənə yarayan çiçək,
Olaydım,nolaydı sevəydin məni.
balaca-küçük
eynək-gözlük
ətir-koku
çətir-şemsiyye
payız-güz
"""
5.0
100% (4)