2
Yorum
1
Beğeni
5,0
Puan
937
Okunma
Hələ ahirət günü
divara vurulmamış,
Hələ mizan tərəzi
dəzgahı qurulmamış,
Hələ hakkı hesabı
dünyanın sorulmamış...
Baxıram bu gedişə
indidən narazıyam.
Mən Tanrıdan razıyam,
bəndədən narazıyam.
Dönün üzlərə baxın
görün kim nə gündədir,
Günahı həm səndədir,
günahı həm məndədir.
Babam sayır qoy saysın,
kündə həmin kündədir.
Anamın yoğurduğu
kündədən narazıyam,
Mən Tanrıdan razıyam,
bəndədən narazıyam.
İri ağızlar varsa
iri qarınlar da var,
İri qarınlar varsa
demək sorunlar da var,
Bu gün keyf eləyənlər,
bilin,yarınlar da var.
Bir gödəni doydurub
min gödən narazıyam,
Mən Tanrıdan razıyam,
bəndədən narazıyam.
Bir gün asılacaklar
məni ipdən asanlar,
Haramı halal bilib
yediyini qusanlar,
Tanrı hesabındadı
Qur’ana əl basanlar...
Nahakka "Siz" deyirlər,
hakka "sən"-narazıyam ,
Mən Tanrıdan razıyam,
bəndədən narazıyam.
Ağaların varını
sorma,
qiyamət qopar,
Barmağının ucunü
vurma,qiyamət qopar,
Yatmısan eləcə yat,
durma,qiyamət qopar...
Səni bilmirəm,qardaş ,
amma mən narazıyam,
Mən Tanrıdan razıyam,
bəndədən narazıyam.
razıyam-memnunum
narazıyam-memnun değilim
5.0
100% (2)