1
Yorum
1
Beğeni
5,0
Puan
1121
Okunma
Sülənir içimdə vecsiz duyğular,
Çopur aynalardan baxıram,sanki.
Çaylara tökülmüş beş-altı damla-
Ünvansız,ümmans ız
axıram,sanki.
Dərdim düyünlənmiş
yumruqlarımda,
Alnımın qırışı-qədərim mənim.
Elə tanıtmışam özümü ona,
Yaxamdan əl çəkmir kədərim
mənim.
Bu mən deyiləmmiş...
Qayıb dünyanın
Qayıb köşəsinin sakinlərindən
Sonsuz divarlara adı yazılmış
Bir Tanrı bəndəsi...
Oysa mənəm,mən.
Məni anlayanlar hələ doğmamış,
Ağlımın sirləri mələklərdədi.
Çaşmış nəfslərdən çürüyən canım
Torpaqda,havada ,küləklərdədi.
Ağaclar kimiyəm,mövsüml ər
fərqli,
Doğuldum on dəfə,öldüm on
dəfə.
O daş lövhələrə boz boyalarla
Rəsmimi çizənlər çizdi son dəfə.
...Kim deyir,həyatdı boşuna keçir,
Onun da məqsədi,bir məramı var.
Bəlkə də oyundur,Tanrı oynadır,
Kəndi faciəsı,öz dramı var.
Pərdələr önündə savaş bitməyir,
Ağlayan qəhrəman,gülən
qəhrəman.
Mən də qəhrəmanam,atsı
z,silahsız,
Savaş başlamadan ölən
qəhrəman.
5.0
100% (1)