1
Yorum
0
Beğeni
5,0
Puan
1015
Okunma
İki gönlün arasında qalmışam,
Bölünmüşəm,para sında
qalmışam,
Gözlərinin qarasında qalmışam,
Gözünən al,kipriyinə sar məni,
Gedirsənsə,özün lə apar məni.
Körpə kimi dil açmışam adına,
Kərəmmiyəm yandırasan oduna,
Qoy bir dəfə baxım eşqin dadına,
Yad yanında eyləmə gəl xar məni,
Gedirsənsə,özün lə apar məni.
Qızılgüləm,necə ətir saçım mən,
Qönçə-qönçə sinən üstə açım
mən,
Bülbülümün sorağına qaçım mən,
Öldürürsə,qoy öldürsün yar məni,
Gedirsənsə,özün lə apar məni.
Hakimimsən divanına düşmüşəm,
Mevsimlərin xəzanına düşmüşəm,
Şaşırmışam,duma nına
düşmüşəm.
Qovursa da şaxta səni,qar məni,
Gedirsənsə,özün lə apar məni.
özünlə-kendinlə
körpə-bebek
xar etmək-küçük yapmak
ətir-parfüm,koku
5.0
100% (1)