1
Yorum
1
Beğeni
5,0
Puan
726
Okunma
Qocalmazdım,mey xanələr
qocaltdı,
Eşq cahili biganələr qocaltdı,
Sitəm etdi dürdanələr qocaltdı,
Kimi baxar,kimi seçər,ağlama,
Bir bağlayan bir gün açar,ağlama.
Qara günü baxtına yaz,dedilər,
Küsub getdin,adına "naz" dedilər,
Yaman günün omrünü az dedilər,
Allah kərim,gəlib geçər, ağlama,
Bir bağlayan bir gün açar,ağlama.
Dar gömleyin şux bədənə
yaraşmır,
Siyah zülfün bəyaz dənə
yaraşmır,
Ölüm mənə,ölüm sənə yaraşmır,
O can qalar,bu can göçər,ağlama,
Bir bağlayan bir gün açar,ağlama.
Qış gəlməmiş xəzandan al
xəbərim,
O saraldı,göyərdi qəm-kədərim,
Bir gün gəldim,bir gün ölüb
gedərim,
Yazıq gönlüm,qalma naçar,ağlama,
Bir bağlayan bir gün açar,ağlama.
*
5.0
100% (1)