1
Yorum
6
Beğeni
5,0
Puan
971
Okunma
*
"""
Bir yer bulun mənə dostlar,
gəlim o yerlərdə qalım.
Ömür sürüm adam kimi,
ölüm o yerlərdə qalım.
""
Öpə bilim kaş üzündən,
o toprağın daş üzündən,
iki damla yaş üzündən
silim,o yerlərdə qalım.
""
Qanad çalım,quşam desin,
ağam desin,paşam desin,
yaşam bax bu yaşam desin
dilim,o yerlərdə qalım.
""
Kəsməyən ağlım- cənnətim,
bir boğça bağlım-cənnətim,
tamaşam,nağlım-cənnətim
film,o yerlərdə qalım.
""
Nə haqq üstə qamçılana,
nə toprağa qan çilənə,
nə qəm-qüssə,nə çilə,nə
zülüm,o yerlərdə qalım,
bir yer bulun mənə,dostlar,
gəlim o yerlərdə qalım.
"""
5.0
100% (4)