1
Yorum
6
Beğeni
5,0
Puan
680
Okunma
Biri varıymış gəlin,
Saçı sarıymış gəlin,
Sevdim ki,yarim olsun,
Özgə yarıymış gəlin.
Öz gözüm,öz muncuğum,
Düzmüşəm söz muncuğum.
Gözündə gözüm qaldı,
Üstündə göz muncuğum.
Gülü sordum çəməndən,
Durnaları Yəməndən.
Qız,üzünü dönsənə,
Utanıram məməndən.
Əppəyim linc,durmayır,
Təndirdə künc durmayır.
Mən deyil allah haqqı
Əlimdi dinc durmayır.
Yumurta boyaq istər,
Biz yeyək doyaq istər,
Yatırsansa yatma,qız,
Can səni oyaq istər.
Saxla dedin samanı,
Gələr dedin zamanı.
Mən allahın bəlası,
Sən allahın amanı.
Ay suyu duruca yer,
Cobanı Qaraca yer,
Təkcə sən yanımda ol,
Bəsimdir quruca yer.
*
5.0
100% (4)