1
Yorum
9
Beğeni
5,0
Puan
1048
Okunma
Yatammıram başım altı çörəksiz,
Yatammıram işıqlarım sönülü.
Sağım, solum buz kimidir.İçim də.
Kim ovutsun bu biçarə könülü.
Deyirlər ki,yastığını çevir yat,
Qorxuram ki,kəm yuxuma gələsən.
Bilən varmı çevirməyin təhrini,
Həm yanıma,həm yuxuma gələsən.
Cəhənnəmə ciyərimə ziyandır,
Bir siqara yandıracam səninçin.
Bir qədəh də şərab süzüb içəcəm,
Allahı da qandıram səninçin.
Sənin üçin ağlayacam Tanrıya,
Dil deyəcək dodağımın sən yerı.
Səni gecə yalvaracam Tanrıya,
Utansa da saçlarımın dən yeri.
Sənin üçün qapanacaq gözlərim,
Sənin üçün yatacağam bu gecə.
Xəyalların naməhrəmi günahsa,
Günahına batacağam bu gecə.
*
5.0
100% (5)