1
Yorum
3
Beğeni
5,0
Puan
911
Okunma
Mən gedəcəm bu yerlərdən,
Söz qalacaq məndən sonra.
Kim əkəcək bu toprağı,
Boz qalacaq məndən sonra.
Şumu nə hallı gedəcək,
Demə sığallı gedəcək,
Qarğalar yallı gedəcək,
Toz qalacaq məndən sonra.
Abır həya bacaqlardan
Düşməyəcək qucaqlardan,
Od sönəcək ocaqlardan,
Köz qalacaq məndən sonra.
Hərə bir yönnən gedəcək,
Yön bilən önnən gedəcək,
Astarı mənnən gedəcək,
Üz qalacaq məndən sonra.
Sular bərə getməyəcək,
Axıb dərə getməyəcək,
Kimsə ərə getməyəcək,
Qız qalacaq məndən sonra.
Dünya bir əsr qalacaq,
Boş qala-qəsr qalacaq,
Günəş də qısır qalacaq,
Buz qalacaq məndən sonra.
Mən gedəcəm bu yerlərdən,
Söz qalacaq məndən sonra.
*
5.0
100% (2)