1
Yorum
1
Beğeni
5,0
Puan
925
Okunma
Quş oldum üzdüm göyünü,
Yaşadım sevdim öyünü,
Nə qərib suru löyünü,
Nə qərib bir şey bu dünya...
Nə qərib bir şey bu dünya.
Dəryada qızıl balığı,
Balıqdan böyük xalığı,
Qanana zəhər tuluğu,
Qanmayana mey bu dünya,
Nə qərib bir şey bu dünya.
Nənnisi var,beşiyi var,
Fələyindən keşiyi var,
Dörd barmaqlıq deşiyi var,
Sur bu dünya,ney bu dünya,
Nə qərib bir şey bu dünya.
Çəkirik az az ,səninki,
Cəfa mənim,naz səninki,
Sənə də qalmaz səninki,
Bir gün gələr,ey bu dünya...
Nə qərib bir şey bu dünya.
<>
5.0
100% (1)